AZ

“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır (FOTO)

Bakı. Trend:

“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətənəmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinəZəfər Günü münasibəti ilə bayram sovqatları çatdırıb.

2023-cü ildən etibarən “PAŞA Holding” 44 günlük VətənMüharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olanövladları üçün sosial dəstək proqram həyata keçirir. Proqramçərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, RamazanBayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞAHolding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayramsovqatları təqdim olunur.

Zəfər Günü münasibəti ilə təqdim edilən sovqatlar noyabr ayınınəvvəlindən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən sözügedənşəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlifərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirlərizamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırdalayihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabrtəxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərinümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatəedir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələridaxildir.

“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
Seçilən
20
4
az.trend.az

5Mənbələr