“Portu”da çıxış edən türk əsilli futbolçu Deniz Gül milli komanda seçimi ilə bağlı qərar verib.
Sportinfo.az “Aftonbladet”ə istinadən xəbər verir ki, 20 yaşlı gənc futbolçu milli komanda seçimini Türkiyədən yana istifadə edib.
Gül indiyə qədər İsveçin U21 komandasında çıxış edirdi. Baş məşqçisi Daniel Bakström Denizin heyətə daxil edilməməsi haqqında açıqlama verib və iddiaların doğru olduğunu təsdiqləyib.
Deniz Gül bu mövsüm transfer olduğu “Porto”da 5 oyuna çıxıb və 2 qol vurub.