Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestanvilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hərbçisiterrorçularla silahlı insidentdə ölüb.
Trend-inməlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər KorpusununƏməliyyatlar üzrə sözçüsü Əhməd Şəfai yerli mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, vilayətin Rask rayonunda baş verəninsidentdə 4 terrorçu zərərsizləşdirilib.
Şəfai terrorçulara məxsus avtomobildən çoxlu miqdardasilah-sursat götürüldüyünü deyib.