Şəhid Elvin Həsənovun xatirəsi anılıb
Ağdaş rayonunun Mürsəl kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Həsənov Elvin Əlizadə oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
İl mərasimində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin doğmaları və yaxınları iştirak edib.
Rayon rəhbərliyi şəhid ailəsinin qayğıları ilə yaxından maraqlanıb, şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb, əziz xatirəsi yad edilərək ruhuna dualar oxunub.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.