AZ

Keçmiş Baş Qərargah rəisinə 3000 ilə yaxın həbs cəzası istənildi

Qvatemalada Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Benedikto Lukas Qarsiyanın soyqırım və insanlığa qarşı cinayətlərə görə 2860 il azadlıqdan məhrum etmək istəyirlər. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, 92 yaşlı Qarsiya 1978-1982-ci illərdə yerli əhalinin etnik təmizlənməsi ilə bağlı cinayətlərdə iştirakda ittiham olunur. O dövrdə 1200-dən çox insan həlak olmuşdu.

Prokurorun açıqlamasına əsasən, Qarsiyanın məqsədi maya iksil etnik qrupunu məhv etmək olub. Qvatemala Silahlı Qüvvələri vətəndaş müharibəsi illərində bu qrupu "daxili düşmən" hesab edib.

Hazırda Qarsiya artıq 58 illik həbs cəzasını çəkir. 2018-ci ildə onu gənc bir şəxsin oğurlanması və onun bacısının işgəncəyə məruz qalması ilə bağlı ittiham edərək məhkum ediblər.

Məlumata görə, səhhəti ilə əlaqədar Qarsiyanı hərbi hospitala köçürüblər və o, yeni məhkəmə işində iclaslarda videokonfrans vasitəsilə iştirak edib.

Mənbələrin bildirdiyinə görə, hökm gələn həftə elan ediləcək. Qvatemala prokurorluğu Qarsiyanın 2860 il azadlıqdan məhrum edilməsini tələb edib.

Seçilən
87
50
olke.az

10Mənbələr