''Fənərbaxça''nın braziliyalı yarımmüdafiəçi Fred ilə bağlı transfer xəbəri var.
Türkiyə mətbuatının yazdığına inansaq, iki Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalı futbolçu üçün İstanbul nəhənginə rəsmi təklif irəli sürüb. Söhbət ''Əl-Hilal'' və ''Əl-Əhli''dən gedir. Onların hər ikisi 20 milyon avroya yaxın məbləğ ödəməyə hazırdı. Amma xəbərdə qeyd olunur ki, ''Fənər'' Fredin satışından daha çox pul əldə etmək istəyir.
Halbuki ''transfetmarkt''də təcrübəli oyunçunun indiki dəyəri yalnız 15 milyon avro qeyd olunub. Fred bu mövsüm 12 rəsmi oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. ''Fənər''də ikinci mövsümünü keçirən 31 yaşlı ''sambaçı''nın klubla 2027-ci ilə qədər müqaviləsi var.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta