İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşı baş məşqçisi "Nottingem Forest"in çalışdırıcısı Nunu Eşpiritu Santo seçilib.
Nottingemşır təmsilçisi oktyabrda 3 oyuna çıxaraq 2 qələbə qazanıb və 1 heç-heçə edib.
Qeyd edək ki, "Nottingem Forest" turnir cədvəlində 19 xalla 3-cü yerdədir. Turnirə "Liverpul" 25 xalla liderlik edir. 2-ci yerdə isə "Mançester Siti" 23 xalla qərarlaşıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta