Zəfər Günündə rayonun Şəhidlər Xiyabanı ziyarət olundu.
8 noyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə rayonunun Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri və müharibə iştirakçıları ilə səmimi söhbət zamanı onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.