Türkiyədə 5 bal gücündə zəlzələ olub.
Azpost.info bildirir ki, bu barədə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
AFAD-ın saytında yerləşdirilən məlumata görə, saat 17.04-də Elazığda 5 bal gücündə təkan qeydə alınıb.
Zəlzələ 16,22 kilometr dərinlikdə baş verib və Diyarbəkirdə də hiss olunub. Zəlzələdən sonra dağıntılar barədə məlumat daxil olmayıb.