AZ

O, bu yol ilə 21 ildir...

O, bu yol ilə 21 ildir irəliləyir. Bu yol dövlətçilik, müstəqillik, suverenlik, azərbaycançılıq yoludur. Çətin - amma şərəfli, hamar olmayan - amma qələbələrlə dolu olan bu yol Zəfər Tağından keçir. Bu tağ o yolun tacıdır. 

 

O bu yolda daim mübarizə apardı, hərbi və diplomatik müharibə apardı. Hər zaman qələbə çaldı. 

 

İndi müharibə olmasa da, O yenə mübarizədədir, bu yol ilə qətiyyətlə və inamla irəliləyir: Bu Zəfər Tağının daimi olması üçün, ölkəmizin daim müstəqil və güclü olması üçün. Yeni-yeni uğurlar və düşmənlərin məyus olması üçün. 

 

Bu yolun lideri O-dur. Arxasınca isə qalib xalq gəlir. Bütün müqəddəs missiyalar belə olur. Bizim əsas missiyamız isə bu yola mane olmaq istəyənlərlə qətiyyətlə mübarizə aparmaqdır!

Seçilən
9
modern.az

1Mənbələr