ABŞ seçkilərində ən böyük qələbəni ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp əldə etsə də, Tramp tərəfdarları arasında bir çox insan da seçki qələbəsi sayəsində sərvət qazanıb.
News24.az xəbər verir ki, xüsusilə bu seçkilərdə bir çox insanlar beynəlxalq siyasi mərc saytlarında qalib gələcəyini proqnozlaşdırdıqları namizədlərə mərc qoyublar.
Oktyabrın 10-da səsvermə nisbətlərinin demək olar ki, bərabər olduğu və Kəmalə Harrisin 1 faiz səslə seçkilərdə öndə olduğu bir vaxtda internet fenomeni Adin Ross Trampa 1 milyon dollarlıq mərc edib. Seçkilərin nəticələri elan edildikdə isə naşir Ross pulunu təxminən iki dəfə artırıb.
Ross Trampın qələbəsini qeyd etmək üçün qazandığı pulun 100 min dollarını 10 nəfər arasında bölüşəcəyini bildirib.
Qeyd edək ki, uzun müddətdir Tramp tərəfdarı olan Adin Ross internetdə nəşr etməklə pul qazanır. Oynadığı oyunları internetdə paylaşan, şərh yazan yayımçıya hər gün təxminən 44 min insan baxır.
Məryəm İlhamqızı