Qubada 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.
8 Noyabr – Zəfər Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba “ASAN xidmət” mərkəzinin qarşısında ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları və çoxsaylı ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra respublikamızın tanınmış incəsənət ifaçıları musiqi nömrələri ilə çıxışlar etmiş, konsert proqramından sonra “Quba meydanı” mədəniyyət və istirahət parkında tanınmış dijeyin iştirakı ilə bayram şənliyi davam etdirilmiş, tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur.