"Sumqayıt"ın müdafiəçisi Miloş Miloviç Premyer Liqanın 12-ci turunda "Sabah"ı məğlub etdikləri matç (1:0) haqda Sportinfo.az-a müsahibə verib.
- Həyəcanlı matçın son saniyələrində əldə edilən qələbəni necə şərh edərdin?
- Düşünürəm ki, biz 90 dəqiqə boyunca komanda olaraq çox əzmkarlıqla mübarizə apardıq və futbol bizi sonunda mükafatlandırdı.
- 90 dəqiqə ərazi üstünlüyü "Sabah"da oldu. Bu, baş məşqçinin öncədən qurduğu plan idi, yoxsa məcburiyyətindən daha çox geri çəkilməli olurdunuz?
- Biz "Sabah"ın topa nəzarət etməsinə icazə verdik. Bilirdik ki, səbrli olacağıqsa, şansımız gələcək.
- Son iki oyundakı qələbə aşağı pillələrdən çıxmağa imkan yaratdı. Bundan sonra məqsədiniz nə olacaq?
- Məqsəd həmişə eynidir: hər oyunu eyni ehtirasla oynamaq və qələbə üçün mübarizə aparmaq. Bu, ən vacib olan şeydir.
- Vaqif Cavadovun güvəndiyi adlardan birisən. Bu güvən nə ilə bağlıdır?
- Məşqçi mənə güvəndi və bu son iki oyunda məni meydana buraxdı. Hətta 100% hazır olmasam da, zədədən yeni gəldiyimi bilsə də mənə güvəndi. Buna görə ona minnətdaram və əlimdən gələni etməyə çalışıram.
- Ölkəmizdə çıxış edən həmyerlilərin az deyil. Bura gəlmək üçün onlardan kiminlə məsləhətləşdin?
- Çox məsləhət etmədim. Yalnız ən yaxşı dostum Nikola Vuynoviç ilə danışdım. Və o, məni buraya gəlməyə inandırdı.
- Bir legioner futbolçu üçün Sumqayıtda yaşamaq necədir?
XANOĞLAN İMANOV