Qremmi mükafatı laureatı Zak Brayan keçmiş sevgilisinə susması üçün 12 milyon dollar təklif edib.
Sfera.az bildirir ki, ötən həftələrdə sevgilisi, influser Brinna Lapaqliyadan ayrılan müğənninin son addımı müzakirə obyektinə çevrilib.
Bu barədə Lapaqliya özü “BFFs” adlı podkastda çıxışı zamanı danışıb.
“Hər şey bitəndən sonra Brayanın komandası mənimlə əlaqə yaratdı və çox pul, bir neçə seçimlər təklif etdi. Etdiyim hər şeyi izləyəcəkdilər. Təbii ki, pulu qəbul etmədim və etməyəcəm. Bunun bərbad bir şey olduğunu düşünürəm”, - influser qeyd edib.
Sözügedən məsələ ilə bağlı Brayan və ya komandasından açıqlama gəlməyib.
Türkan