AZ

Bu ölkədə nəfəs almaq olmur: İctimai yerlərə giriş qadağan olundu

Pakistanın Pəncab əyalətində havanın çirklənməsi səbəbindən insanlar çölə çıxa bilməyib. 

News24.az xəbər verir ki, yerli hökumət parkları və zooparkları bağlayıb.

Bu gün əyalətin paytaxtı Lahoru vuran duman buludu zəhərli maddələr daşıyıb. Nəfəs almaq üçün son dərəcə zərərli olan dumanla mübarizə aparmaq üçün yerli hökumət insanların evlərindən işləməli olduğunu bildirib.

Atmosferin çirklənməsinə qarşı görülən tədbirlərlə əlaqədar olaraq hökumət noyabrın 17-dək “bütün parklara... zooparklara, uşaq meydançalarına, tarixi yerlərə, abidələrə, muzeylərə və əyləncə/oyun meydançalarına ictimai girişin tamamilə qadağan edildiyini” açıqlayıb.

Əyalət havanın çirklənməsinin artmasında Hindistanı günahlandırır. Hindistan şəhərlərindən gələn duman buludlarının güclü küləklə sərhədi keçərək Pakistana gəldiyi iddia edilib.

Məryəm İlhamqızı

Seçilən
10
news24.az

1Mənbələr