Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ciZirvə görüşü üçün xüsusi hazırlanan xatirə sikkəsi Türkiyədə satışatəqdim edilib.
Trend-inməlumatına görə, Türkiyənin Zərbxana və Möhür Mətbəəsi Başİdarəsinin hazırladığı bu sikkə Türk dövlətləri arasındakı dərinəlaqələr və əməkdaşlığı simvolizə edən detallarla dizayn edilib.Xatirə sikkəsi, həmçinin TDT-nin beynəlxalq fəaliyyəti və mədənidəyərlərini vurğulayır.
Sikkənin aversində səkkizguşəli “Səlçuklu Ulduzu”nun ortasındaTDT-nin loqosu yer alır. Bu ulduzun hər guşəsi təşkilatın fəlsəfidəyərlərini — mərhəmət, şəfqət, səbir, doğruluq, sirr saxlamaq,sadiqlik, yardımsevərlik və şükür etməyi, eyni zamanda TDT-ninsəkkiz üzv dövlətini simvolizə edir.
Sikkənin reversində isə Türkiyə, Azərbaycan, Qazaxıstan,Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr TürkCümhuriyyəti və Macarıstanın dövlət bayraqları təsvir olunub.Mərkəzdə yerləşdirilən pətək toxuması məhsuldarlıq, çalışqanlıq vəbirliyi, onun üzərindəki əlsıxma isə etibarlılıq və sülh rəmzidir.Sikkədə TDT-nin “Dildə, fikirdə, işdə birlik” ifadəsi də əksolunub.
38,61 millimetr diametrə və 23,33 qram kütləyə malik xatirəsikkəsi 5 min ədəd istehsal olunub və noyabrın 7-dən etibarən 2 ilmüddətinə dövriyyəyə buraxılıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdəkiliderlər toplantısında bu xüsusi hazırlanmış xatirə sikkəsinidövlət başçılarına hədiyyə edib.