AZ

Qaradağda Zəfər Günü - Fotolar

8 noyabr Zəfər Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri Lökbatan qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, şəhidlər xiyabanına əklil qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.

Eyni zamanda rayon ərazisindəki dəfn olunmuş şəhidlərin qəbirləri də ziyarət olunub və əziz xatirələri yad edilib.

Daha sonra Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Zəfər Gününə həsr olunmuş sərgi keçirilib. Rayon rəhbərliyi rayonda fəaliyyət göstərən məktəb, uşaq bağçası, uşaq incəsənət məktəblərinin əl işlərindən ibarət təşkil edilmiş sərgiyə baxış keçirib.

Qaradağ rayonundan olan şəhidlərin həyat yolundan bəhs edən məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin məktəbliləri şeirlər söyləyib, rəqslər nümayiş etdirib, nəğmələr səsləndiriblər.

Həmin gün Heydər Əliyev Mərkəzində Zəfər Günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, akademik Vaqif Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəl ulu öndərin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Dövlət Himni səsləndirilib.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevə və Qarabağda Azərbaycanın suverenliyinin tam və qəti şəkildə bərpasına həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edib. Qeyd olunub ki, Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.

Zəfər Gününün sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti və atəşfəşanlıq olub.









Seçilən
9
qafqazinfo.az

1Mənbələr