AZ

Bayden və Harrisin köməkçiləri bir-birini məğlubiyyətdə günahlandırır

"ABŞ prezidenti Co Baydenin və vitse-prezident Kamala Harrisin köməkçiləri son seçkilərdəki məğlubiyyətdə bir-birini günahlandırır".

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Axios” nəşri məlumat yayıb.

Portalın məlumatına görə, böyük tənqid dalğası Baydenin köməkçiləri Stiv Riçetti və Mayk Donilona düşüb. Onların Baydenin yaşına baxmayaraq ikinci müddətə yenidən seçilməsinə cəhd etmək qərarına təsir göstərdikləri qeyd edilir.

Başqa bir düşərgə isə Harrisin köməkçilərinin kampaniyaya 1 milyard dollar xərclədiyini və hələ də qalib gələ bilmədiklərini qeyd edərək başqa cür düşünür.


Müəllif: Arzu
Seçilən
28
teleqraf.com

1Mənbələr