Vətən Müharibəsində 48 şəhid vermiş Xaçmaz rayonunda da Zəfər Günü özünəməxsus coşqu ilə qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarında Şəhidlər Xiyabanı ziyarət olunub.
Günün ikinci yarısında isə Zəfər parkında möhtəşəm bayram konserti keçirilib. Bayram şənliyində şəhər sakinləri, şəhid ailələrinin nümayəndələri, veteranlar və rayon rəsmiləri iştirak ediblər.
Geniş bayram konserti Xaçmaz şəhərinin səmasını al-əlvan rənglərə boyayan atəşfəşanlıqla başa çatıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta