AZ

SEPAH Trampa qarşı sui-qəsd cəhdinin hazırlanmasında iştirak edib - ABŞ Ədliyyə Nazirliyi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni seçilmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdinin hazırlanmasında iştirak edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qurum İran hakimiyyətinin bəyənmədiyi insanları sıradan çıxarmaq məqsədi ilə yaranmış şəbəkəyə rəhbərlik edən İran vətəndaşı Fərhad Şakeriyə qarşı ittiham irəli sürüb.

“Bu gün elan edilən ittihamlar İranın ABŞ vətəndaşlarını, o cümlədən yeni seçilmiş prezident Donald Trampı, digər hökumət liderlərini və Tehran rejimini tənqid edən dissidentləri hədəf almaq üçün davam edən səylərini ifşa edir”, - Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey qeyd edib.

Onun sözlərinə görə, “SEPAH” amerikalılarla qarşı müxtəlif cinayət törətmək üçün canilərlə danışıqlar aparıb. Müstəntiqlərin fikrincə Fərhad Şakeri və onun şərikləri Karlayl Rivera və Conatan Loudholt İran hökumətinə açıq şəkildə qarşı çıxan İran əsilli Amerika vətəndaşını öldürməyi planlaşdırırmışlar.

Karlayl Rivera və Conatan Loudholt Nyu-Yorkda saxlanılıblar və məhkəməyə qədər həbs olunublar. Saxlanılan Şakeri etiraf edib ki, SEPAH tərəfindən ona ABŞ-ın yeni seçilmiş prezidentinə qarşı sui-qəsd planı hazırlamaq tapşırılıb.

Seçilən
112
21
azpolitika.info

10Mənbələr