Türkiyənin Alanya şəhərində 8 noyabr - Zəfər Günü qeyd olunub.
Modern.az xəbər verir ki, Alanya Azərbaycanlıları Dərnəyi tərəfindən təşkil edilən tədbir Alanya Mədəniyyət Mərkəzində keçirilib.
Konsert proqramında Alanyada yaşayan azərbaycanlılar bir araya gəlib. Qarabağ zəfərinin 4-cü ildönümünə həsr olunmuş konsertə maraq kifayət qədər yüksək olub. Alanya Bələdiyyəsinin dəstəklədiyi tədbirdə Alanya bələdiyyəsinin sədrinin köməkçisi Nəzmi Zavlak və Bələdiyyə Məclis üzvü İrem Yunusoğlu da iştirak edib.