AZ

Tramp Avrozonada iqtisadi inkişafı zəiflədəcək – Amerika bankı

Amerikanın Goldman Sachs Qrupunun iqtisadçıları 2025-ci ildə avrozonanın ÜDM-in artımı ilə bağlı proqnozlarını 1,1 faizdən 0,8 faizə endiriblər.

Musavat.com MarketWatch-a istinadən xəbər verir ki, Giyom Jessonun rəhbərlik etdiyi bir qrup bank mütəxəssisinin fikrincə, Donald Trampın ABŞ prezidentliyinə qayıdışı blokun iqtisadi artımına mənfi təsir göstərəcək və bu, Avropa şirkətlərinin də mənfəətinə zərbə vuracaq.

Goldman-da hesab edirlər ki, Trampın vəd etdiyi irimiqyaslı tariflər Avropa ixracatına açıq təhlükədir: "Bizim işimizin nəticəsi göstərir ki, tarif artımlarının faktiki ölçüsü iqtisadi artım kontekstində ticarət siyasətində artıq yaradılmış olan qeyri-müəyyənlik qədər vacib olmaya bilər".

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr