AZ

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bakı. Trend:

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Trendin məlumatına görə, 2009-cu il noyabrın17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Günününtəsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıolan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-daAzərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbuledilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-uAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetiindiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan RespublikasınınDövlət bayrağı elan edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı ƏməkMəcəlləsinin 105-ci maddəsinə əlavə edilib.

Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elanolunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramlarınsiyahısına daxil edilib.

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" AzərbaycanRespublikasının Qanununda qeyd edilir:

"Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyininrəmzidir.

Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqizolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavirəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşılrəngdədir".

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda DövlətBayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyeviniştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimikeçirilib.

Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıq, eni 36 metr,uzunluğu 72 metrdir.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövləthimninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdənhazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Seçilən
25
2
az.trend.az

10Mənbələr