AZ

Yupiterin indiyədək qeydə alınmış ən yüksək keyfiyyətli şəkilləri - FOTOLAR

NASA Yupiterin indiyədək qeydə alınmış ən yüksək keyfiyyətli şəkillərini yayımlayıb.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, fotolar Yupiterə 66-cı uçuşu zamanı Juno kosmik gəmisi tərəfindən çəkilib.

Qeyd edək ki, Juno kosmik gəmisi 2011-ci ildə buraxılıb və beş il sonra 2016-cı ildə 2,735 milyard kilometr məsafə qət edərək Yupiterə çatıb. O vaxtdan bəri, zond müntəzəm olaraq Yupiter və onun peyklərinin yanından uçaraq onların fotoşəkillərini çəkir və sonra məlumatları Yerə ötürür.

O, son uçuşu zamanı planetin ən yüksək keyfiyyətli şəkillərini çəkib. Fotolarda Yupiterin şimal qütbünün yaxın planı da əks olunub.

Juno Yupiterin ən məşhur fırtınası olan Böyük Qırmızı Ləkənin də fotolarını çəkib. Qırmızı Ləkə 1979-cu ildə Yerdən iki dəfə böyük idisə, indi planetimizdən "cəmi" 1,3 dəfə böyükdür. Juno tərəfindən əldə edilən məlumatlar Böyük Qırmızı Ləkə qasırğasının dərinliyinin təxminən 320 km olduğunu göstərib. Zond qaz nəhənginin cənub qütbündən keçərkən böyük siklonları da aşkar edib.


 


Seçilən
28
3
news24.az

6Mənbələr