2019-cu ilin dekabrın 30-da Bakıya gətirilən yeni "Bugatti Chiron" markalı avtomobili o vaxt-bu vaxt Bakı küçələrində gördüm deyən olmadı.
Titul.az xəbər verir ki, söhbət dəyəri azı 2.5 milyon avrodan başlayan (5 milyon manat) bir avtomobildən gedir.
Qeyd edək ki, bu milyonluq avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu (avtomobilin ən aşağı qiymətə alındığını belə nəzərə alsaq, yenə də ən azı 1.7 milyon manat rüsum ödənilməli idi) və digər kiçik xərclərini nəzərə alsaq, "Bugatti Chiron"in Bakıya gəlib çıxması üçün sifarişçinin ən azı 7-8 milyon manat arası xərc çəkdiyini düşünmək olar.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!