AZ

Dünya üçün təhlükə: Elektron tullantıların miqdarı kəskin artır

2030-cu ilə qədər süni intellekt texnologiyalarının sürətli inkişafı səbəbindən elektron tullantıların miqdarı 2,5 milyon tona çata bilər.

Teleqraf.com-un xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, yeni texnoloji modellərinin sürətli inkişafı və bu modellərin daim yenilənməsi getdikcə daha çox aparat və çiplərə ehtiyac yaradır.

Bu, hər il milyardlarla ton elektron tullantıların yaranmasına gətirib çıxarır.

Elektron tullantıların ümumi miqdarının 2030-cu ilə qədər 30 faiz artaraq 82 milyon tona çatacağı gözlənilir. Tədqiqatçılar bu artımın mənfi təsirlərini azaltmaq üçün dairəvi iqtisadiyyat strategiyalarının vacibliyinə diqqət çəkirlər. Bu strategiyalarla süni intellekt tərəfindən yaradılan elektron tullantıları 86%-ə qədər azaltmaq olar.

Mövcud infrastrukturun ömrünün uzadılması və komponentlərin təkrar istifadəsi kimi strategiyalar süni intellektin yaratdığı elektron tullantıların azaldılmasında böyük əhəmiyyət kəsb edir.

“Nature Computational Science” jurnalında dərc olunan araşdırma, bu sistemin ətraf mühitin davamlılığı üçün kritik olduğunu vurğulayır.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
47
teleqraf.com

1Mənbələr