AZ

"Narkoçelik-47" əməliyyatı: 150 şübhəli saxlanıldı

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu hesab edilən şəxslərə qarşı "Narkoçelik-47" əməliyyatı keçirilib. 

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

150 şübhəlinin tutulduğu əməliyyatın təfərrüatlarını paylaşıb.

Nazir sosial media platformaları vasitəsilə narkotik ticarəti ilə məşğul olduğu ehtimal olunan 150 nəfərin saxlandığını bildirib. Onlardan 142-si həbs edilib, 8-i barəsində məhkəmə nəzarəti qərarı verilib.

"Rəqəmsal platformalar vasitəsilə virtual mühitdə narkotik ticarəti edən şəxslərə qarşı əməliyyatlarımız davam edəcək", - deyə Yerlikaya vurğulayıb.

Gülşən Şərif

Seçilən
12
bakivaxti.az

1Mənbələr