UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçirilən "Ayaks" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) matçından sonra baş verənlərlə bağlı araşdırmalara start verib.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qurum həmçinin yaydığı bəyanatda baş verən insidentləri, zorakılıq aktlarını qətiyyətlə pislədiyini, müvafiq orqanların bu cür hərəkətlərə görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirəcəyinə ümid edir.