Pakistanın Bəlucistan əyalətindəki Kvette şəhərindəki dəmiryolu vağzalının yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb...
APA xəbər verir ki, bu barədə məlumatı yerli “Geo TV” telekanalı yayıb.
Bildirilib ki, vağzal binasından bir qədər aralıda yerləşən bilet satışı kassasında qeydə alınan hadisə nəticəsində 30 nəfər yaralanıb.
Hadisənin səbəblərini polis araşdırır.
***
Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 30 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış stansiyanın kassasında qatar gələrkən baş verib.
Zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Poliqon.info