AZ

Bakıda 15 marşrutun fəaliyyəti DAYANDIRILIR – RƏSMİ

COP29-la əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 11-22 noyabr tarixlərində 15 sayda marşrutun fəaliyyəti dayandırılır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

COP29-la əlaqədar 57 avtobusun hərəkət sxemi DƏYİŞDİRİLİR


Məlumata görə, 1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli fəaliyyəti müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, sərnişinlərdən təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur. Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.

Bizim.Media

phrase_var_article.chosen
64
6
bizim.media

10phrase_var_article.sources