AZ

Bakıda 15 marşrut avtobusunun fəaliyyəti dayandırılıb

COP29 ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunacaq məhdudiyyətlərlə əlaqədar noyabrın 11-dən noyabrın 22-dək Bakıda 15 marşrut avtobusunun fəaliyyəti dayandırılacaq. Bu barədə Azərbaycan Quru Nəqliyyatı Agentliyindən (AYNA) məlumat verilib.

Söhbət 1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli avtobuslardan gedir.

Bundan başqa, 57 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik edilir.

Seçilən
22
oxumeni.az

1Mənbələr