AZ

Qərbi Azərbaycan İcmasından Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeydedilir. Azərbaycan xalqının dəyərlərinin və amallarının ifadəçisiolan üçrəngli bayrağımız dövlətimizin inkişafı, təhlükəsizliyi vəmüstəqilliyinin mayakı, xalqımız gələcəyə inamla addımlamasına yolgöstərən işıqdır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbuledilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar RespublikasıAli Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevintəşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan MuxtarRespublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib və Ali Məclisintəqdimatı əsasında 1991-ci il fevralın 5-də AzərbaycanRespublikasının parlamenti onu Dövlət Bayrağı elan edib.

Trend xəbər verir ki, bufikirlər Dövlət Bayrağı Günü ilə bağlı Qərbi Azərbaycan İcmasınınyaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilir: “Ümummilli Lider Heydər Əliyev vəPrezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmzkimi Dövlət Bayrağının təbliği yolunda sistemli addımlar atılıb vəatılmaqdadır. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığıSərəncamla hər il noyabr ayının 9-u Azərbaycan RespublikasınınDövlət Bayrağı Günü kimi qeyd edilir.

Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğunolaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və oradayaradılmış Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğolunmasında xüsusi yer tutur.

Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsiniəks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızınehtiramı ən yüksək səviyyədədir. Şübhəsiz ki, Dövlət bayrağınaehtiramın ən ali ifadəsi xalqımızın həmin bayraq altında MüzəffərAli Baş Komandanın ətrafında sıx birləşərək, ölkəmizin ərazibütövlüyünü bərpa etməsi olmuşdur. Xatırladaq ki, cənabPrezidentimiz 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışındaetdiyi tarixi çıxışında bildirmişdi:

“Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlətbayrağımız bu gün hələ də işğal altında olan torpaqlardaqaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşadadalğalanacaqdır.” Artıq Dövlətbayrağımız Şuşa, Xocalı, Xankəndidaxil olmaqla ölkəmizin hər bir guşəsində məğrurluqladalğalanır.

Ölkə rəhbəri Dövlət Bayrağı Meydanında aparılmış yenidənqurma vəbərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətəbaşlamış meydanı ziyarət etmiş və oradakı Dövlət Bayrağı MuzeyindəAzərbaycanın tarixi bayraqlarına, o cümlədən, İrəvan xanlığınınbayrağına ehtiramla baxış keçirmişdir.

Ermənistan hökumətinin apardığı etnik təmizləmə nəticəsində özdoğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıları özündəbirləşdirən Qərbi Azərbaycan İcması olaraq, bizim sülh yolu ilə,təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyibirmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarınagöstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkküredirik”.

Seçilən
20
34
az.trend.az

10Mənbələr