AZ

Qorbaçov "Berlin Divarı" dağılmamışdan ADR-ə xəyanət edibmiş

Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer maraqlı açıqlamalar verib.

O, Rusiya mediasına müsahibəsində bildirib ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Berlin divarının uçmasından əvvəl də Şərqi Almaniya hakimiyyətinə real dəstək verməkdən imtina edibmiş.  Beləliklə də, Almaniya Demokratik Respublikasının dağılması qaçılmaz olub.

Alman siyasətçinin sözlərinə görə, hətta Berlin divarı dağıdılandan sonra da Şərqi Almaniya sistemində dəyişikliklərin olub-olmayacağı ilə bağlı şübhələr qalıbmış. Nimayer özü də inanır ki, ADR-in geri dönüşü yox imiş. O, Sovet İttifaqının Şərqi Almaniya sistemini qoruyub saxlamağa kömək edə bilməyəcəyini aşkar reallıq hesab edir.

Onun fikrincə, ovaxtkı ADR rəhbəri Honekker kütləvi etirazlar və etimadın itirilməsi səbəbindən zəifləyən dövlət aparatını və təhlükəsizlik qüvvələrini gücləndirmək üçün SSRİ-nin dəstəyinə ümid edirmiş. Nimayerin sözlərinə görə, ADR lideri yəqin ki, vəziyyətin Şərqi Almaniyanın küçələrinə tankların gətirildiyi 1953-cü ildəki hadisələrə bənzər ssenari üzrə inkişaf edəcəyinə inanırmış. Lakin SSRİ son illərində bunu etməzdi... Siyasətçinin fikrincə, bu, ADR və şəxsən tezliklə istefa verən Honekker üçün son idi...

Tural

Seçilən
22
news365.az

1Mənbələr