AZ

Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı – “Zəngəzur dəhlizi…”

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycan və Ermənistan arasında sülhlə bağlı açıqlaması İrəvanda narahatlıq yaradıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Erməni mediası Y.Gülərin “Azərbaycanın 44 günlük müharibədə Qələbəsindən sonra Ermənistanla uzunmüddətli sülh üçün tarixi şans yarandı. Ümidvarıq ki, İrəvan öz siyasətini Cənubi Qafqaz regionunun münaqişələrə deyil, dostluğa və əməkdaşlığa ehtiyacı olması prinsipi əsasında quracaq.

Rəsmi Ankara Cənubi Qafqazda münasibətlərin tezliklə normallaşacağını gözləyir, həmçinin regionun bütün dövlətlərinin iqtisadi inkişafına və rifahının artmasına töhfə verəcək Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır”, – fikirlərini İrəvana ünvanlanan təhdid mesajı kimi dəyərləndirib.

“Hraparak” sözügedən açıqlamanı “türk general Ermənistanı təhdid edir, yoxsa tövsiyə verir?” sərlövhəsi ilə təqdim edib./Globalinfo.az

Seçilən
16
turkustan.az

1Mənbələr