AZ

Millimizin üzvləri matçı buraxdı, komandaları 3 xal qazandı

Futbol üzrə Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Esenler Erokspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Renat Dadaşov zədəli olduğu üçün onun adı matçın protokoluna daxil edilməyib. U-19 millimizin üzvü Həsən İsə sona qədər ehtiyatda qalıb.

12 turdan sonra 19 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Türkiyə millisinin heyəti açıqlanıb - Siyahı

UEFA İstanbul klubundan üzr istəyib

Mourinyo “Fənərbaxça”nı tərk edir?!

“Nottingem Forest”in baş məşqçisi mükafatlandırılıb

Premyer Liqada ayın futbolçusu bəlli olub

Seçilən
34
2
apasport.az

3Mənbələr