Bu gün Qazaxıstanın Marktuk rayonunun Sarıjar kəndi yaxınlığında “Mi-8” helikopteri sərt eniş edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qazaxstanın Fövqəladə Hallar Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata əsasən, helikopterin göyərtəsində 3 heyət üzvü olub.
Onlardan biri sərt eniş nəticəsində dünyasını dəyişib. Sağ qalanlar isə Aktobe şəhərində xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən ay “An-2” təyyarəsi Stavropol vilayətində sərt eniş etmişdi. Qəza nəticəsində 3 nəfər xəsarət almışdı.