AZ

Trampın qələbəsi “bala Çin”ə nə vəd edir? - FOTO

ABŞ-ın 47-ci prezidenti seçilmiş Donald Tramp yanvarın 20-də inoqurasiyadan sonra fəaliyyətə balşlayacaq. Bu seçkilər təkcə siyasətçiləri deyil, avtomobil sənayesini də narahat edir. Bəs səbəb nədir?

Avtosfer.az xəbər verir ki, Donald Tramp çılğın elektromobil tərəfdarı, daxiliyanma mühərriklərindən sürətli imtina  təşəbbüskarı deyil. Lakin bu heç də avropalı avtomobil istehsalçılarının istədiyi qədər məhsulu okeanın o tayına göndərə biləcəyi anlamına gəlmir. Başqa sözlə, Tramp seçki kampaniyası zamanı “bala Çin” adlandırdığı Avropa İttifaqına qarşı da tədbirlər görməyi vəd edib. Bu tədbir Avropadan idxal edilən məhsullara tətbiq edilən gömrük tariflərinin artırılmasınan ibarətdir. Avropadan ABŞ-a əsas ixrac məhsullarının başında isə avtomobil dayanır. 
Tramp vədinə əməl edəcəyi təqdirdə avropalı istehsalçıları ciddi sınaq gözləyir. Artıq Çinlə rəqabətdə uduzan, zavodları bağlayıb işçiləri ixtisar edən avtomobil konsernləri növbəti şokla üzləşə bilər. Həm də son 50 ildə yaşadıqları ən çətin dövrdə.

FOTO QALEREYA
Seçilən
29
avtosfer.az

1Mənbələr