AZ

Trampa qarşı sui-qəsd cəhdlərində İranın əli olub? - Tehrandan REAKSİYA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd cəhdlərində əli olması ilə bağlı bəyanatı əsassız adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə İran departamentinin saytında məlumat verilib.

Noyabrın 8-də ABŞ Ədliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Donald Trampa sui-qəsd cəhdinin hazırlanmasında iştirak etdiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın keçmiş və indiki məmurlarının məhv edilməsi cəhdlərində İranın iştirakı ilə bağlı ittihamları qəti şəkildə rədd edib.

Onun sözlərinə görə, əvvəllər də oxşar ittihamlar səslənib, lakin Tehran onları rədd edib və bunun yalan olduğunu sübut edib.

Bəqayi vurğulayıb ki, indiki mərhələdə bu cür bəyanatların təkrarlanması “sionist və anti-İran dairələri” tərəfindən təşkil edilmiş və ABŞ və İran arasında münasibətləri daha da çətinləşdirməyə yönəlmiş zərərli plandır.

Seçilən
29
4
publika.az

5Mənbələr