“Prezident, Ali Baş Komandan İlham Əliyev “Zəfər Günü” ilə bağlı etdiyi çıxışında bir daha qlobal geosiyasi proseslərə toxunaraq ölkəmizin prioritet istiqamətəri ilə bağlı mühüm məsələləri bəyan edib. Prezidentin proqram xarakterli bu çıxışı ölkədə və dünyada baş verən proseslərə nəzər salmaqla, qlobal geosiyasi fonda məsələlərdə Azərbaycanın rolu, ölkəmizə qarşı Avropa və Qərbdən yönələn ikilistandartlı, qərəzli yanaşmalar və ona qarşı dayanacaq gücümüzan böyük zəfərlə tərənnümünün ifadəsi idi. Prezident Zəfər günündə bu gün bayramını qeyd etdiyimiz azad, müqəddəs üçrəngli bayrağın qarşısında dayandı və dövlətimizin suverenliyi, ərazi bütövlüyünün, təhlükəsizliyinin hər bir azərbaycanlının rifahı naminə qorunacağı mesajlarını vermis oldu”.
Bunu hafta.az-a millət vəkili Arzu Nağıyev 9 noyabr bayraq günü, Zəfər günü və bu mühüm bayram günləri fonunda ölkə Prezidentinin çıxışında toxunduğu məqamlara diqqət çəkərkən qeyd edib.
A.Nağıyev Prezidentin Ermənistan və havadarlarının regionda revanşizmi alovlandırmala sülhə əngəl yaratmaq istədiklərini açıq tekstlə bildirdiyini qeyd edib. 8 noyabr Zəfər günü, 9 noyabr Bayraq gününün mahiyyətinə, əzəmətinə diqqət çəkib. Deputat Zəfər günündə Prezidentin verdiyi mesajların 44 günlük müharibədə əldə olunan böyük qələbə fonunda növbəti xəbərdarlıq, növbəti bir xatırlatma kimi qeyd edib.
“8 noyabr Zəfər günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səlnaməsidir. Şuşanın azad edildiyi gün II Qarabağ müharibəssində, mühüm bir manevr oldu. Azərbaycan xalqının, dövlətinin tarixində böyük əhəmiyyət kəsb edən bu gün 44 günlük müharibənin pik nöqtəsi idi. 44 günlük hərbi əməliyyatlardakı zəfərimiz, Ali Baş Komandanın “dəmir yumruq” siyasəti, rəşadətli Azərbaycan ordusunun mübarizə ruhu, qələbə əzmi ilə yaşayan Azərbaycan vətəndaşının vəhdətinin nəticəsi idi. Təbii ki, bu müharibədə Şəhidlərimiz, qazilərimiz oldu. Allah Şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq, firəvanlı nəsib etsin”.
A.Nağıyev Prezidentin çıxışına istinadla bildirib ki, 30 illik işğal, işğalçı ilə təcavüzə məruz qalmış ölkələr, habelə öz gücü ilə torpaqların işğaldan azad edilməsi faktları unudulmamalı və nəzərə alınmalı, sülhyaratma prosesi birtərəfli olmamalıdır.
Deputat eyni zamanda qeyd edib ki, 29 il təcavüzə məruz qalmış torpaqlarımızın işğaldan azad olunması, həm də regionun inkişafı üçün yeni imkanlar yaratdı.
“Ali Baş Komandan İlham Əliyevin hərbi strategiyası ilə Zəfər zirvəsini fəth etdik. Bu müddət ərzində dezinformasiya, müharibənn gedişində məxfiliyin qorunması, ölkədə ictimai-siyasi və təhlükəszilik mühitinin qorunmasında xüsusi xidmət orqanları və digər xidmət orqanlarımızın böyük rolu olub. Əməliyyat şəraitinə tam nəzarət etmək, ən müasir texnika və texnologiyalardan istifadə etmək, düşmənə ciddi zərbə endirməyi bizim hüquq -mühafizə orqanları da ən yüksək səviyyədə həyata keçirdi. Noyabrın 8 də Azərbaycanda Zəfər bayramı təntənəli qeyd olunur. Artıq tam şəkildə suverenliyimizi bərpa etmişik, Azərbaycanın bütün ərazilərində bayraqlarımız dalğalanır. Bu böyük şərəf düşmənə bu mesajı verdı: səkkiz noyabr Zəfər günündən sonra, 9 noyabr Bayraq gününü qeyd edirik. Üçrəngli bayrağımız Zəfər gününün ruhu, qüdrəti ilə bu gün vüqarla dalğalanır Bu bayraq, bu torpaq üçün düşmənə qarşı mübarizədə canımızdan keçməyə hazırıq. Azərbaycan xalqı 100 illər boyu edə bilmədiyini etdi və öz müstəqilliyini, suverenliyini bərpa etdi. Öz şanlı bayrağını ucalara qaldırdı”.
A.Nağıyev Zəfər gününə gedilən yolda tarix olan mühüm məqamlara diqqət çəkib.
“Xankəndidə bir gün çürməyən lokal antiterror tədbirləri nəticəsində bayarağımız vaxtilə separatçıların özlərinə paytaxt seçdiyi ərazilərimizdə dalğalanır. Eşq olsun Azərbaycan xalqına. Bu bayramı qeyd etməklə layiqli xalq olaraq özünü dünyaya tanıda bildi. Eşq olsun Ali Baş Konandana ki, xalqa bu günləri yaşatdı. Eşq olsun qüdrətli Azərbaycan hərbçilərinə ki, xalqın təhlükəsziliyini qoruyacaq, hər bir təhdidin qarşısını alacaq. Bu gün I Qarabağ müharibəsi veteranı kimi sevinirəm ki, nəvələrimiz, gələcək nəsilərimizin üzünə dik baxırıq”.
A.Nağıyev vurğulayıb ki, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması üçün bundan sonra da hərbi güc artırılmalıdır. Çünki bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. O cümlədən Qərb Cənubi Qafqazda gərginlik yaratmaq, qonşu dövlətlər arasında nifaq salmaq üçün Ermənistan hakimiyyətindən vasitə kimi istifadə edir. Onun sözlərinə görə, buna görə də güclü olmaq, hərbi sənayeni inkişaf etdirmək lazımdır. Bunun üçün yeni silahlar istehsal olunmalı, o cümlədən də ən müaasir silahlar alınmalıdır. Kadr potensialı atırılmalıdır. Sərhədlərin qorunması mühüm məsələdir. Bu gün delimitasiya, demorkasıya, sülh danışıqları prosesi gedir. Qarşıda görüləcək çox mühüm işlər var. Hərbi xidmət keçmək üçün komandalar, hərbi bölmələrin yaradılması zəruridir. Ona görə də düşünürəm ki, bu istiqamətdə daha çox addımlar atılacaq. Çünki bu gün ən mühüm məsələmiz əldə etdiyimiz suverenliyimizi qorumaq, torpaqlarımızı müdafiə etmək qabiliyyətinə malik olmaq, ərazilərimizi minalardan təmizləyərək dinc quruculuq prosesini həyata keçirmək, qaçqın və köçkün soydaşlarımızı öz ata-baba yurdlarına qaytarmaqdır. Böyük Böyük günlərini yaşayırıq. Bir daha xalqımızı təbrik edirəm. Azərbaycan xalqının bu bayramlara haqqının olduğunu qeyd etməklə onlara yeni-yeni bayramlar arzu edirəm!..”