"Real"ın baş məşqçisi Karlo Ançelotti son oyunlardakı xoşagəlməz nəticələrə görə komandaya nəzarəti itirib.
Publika.az xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubunun bir neçə əsas oyunçusu məşqçinin qovulmasının lehinə çıxış edib. Onların arasında Federiko Valverde, Kilian Mbappe, Ferland Mendi, Orelyen Çuameni və Eduardo Kamavinqa da var. Bununla belə, Vinisius Junior Ançelotti ilə yaxın münasibətdə olduğu üçün italyan məşqçinin tərəfində qalır. O ümid edir ki, Ançelotti "Real"dan gedərsə, Braziliya millisinə rəhbərlik edəcək.
Qeyd edək ki, klub prezidenti Florentino Peresin Ançelottinin mümkün gedişi ilə bağlı "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı barədə məlumatlar da yayılıb.