AZ

Türkiyə hər zaman Azərbaycanın yanındadır - Yaşar Gülər

Qarabağ zəfəri Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün tarixi fürsət açıb.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər bildirib.

"Ümid edirik ki, Ermənistan bunu şüurlu şəkildə hərəkətə keçirəcək. Çünki Qafqaz regionunun bundan sonra döyüşə yox ancaq dostluq və əməkdaşlığa ehtiyacı var", - o qeyd edib.

Bölgənin sabitliyi və rifahı üçün ən qısa zamanda hərtərəfli normallaşmaya nail olunmasının vacibliyini vurğulayan Gülər, bölgə ölkələrinə yeni iqtisadi və ticari imkanlar verəcək və daimi sülhə xidmət edəcək Zəngəzur dəhlizininin açılışını gözlədiyini bildirib. 

Nazir əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaq.

Türkan İSGƏNDƏRLİ 

Seçilən
93
redaktor.az

1Mənbələr