"Azərbaycanın zəfərləri bununla bitmədi."
Bunu deputat Müşfiq Məmmədli News365.az-a deyib.
“Yeni zəfərlərin başlanğıcı hesab edilən 44 günlük Vətən müharibəsi Azərbaycana yeni-yeni qələbələr qazandırmaqdadır. Azərbaycan Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı və bu istiqamətdə işlərə sürətlə davam etməkdədir. Görülən işlər nəticəsində artıq Qarabağ və Şərqi Zəngəzurda həyat öz əvvəlki məcrasına dönməkdədir. Artıq 30 ilə yaxın öz ata yurdlarından məcburi didərgin düşümüş vətəndaşlarımız ən müasir şəkildə salınmış yurdalarına dönüb və bu proses davam etməkdədir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gücünə əlavə güc qatmaqdadır.
Azərbaycan uğurları bununla bitmədi. Qazaxın işğal altında olan 4 kəndi bir güllə atılmadan geri qaytarıldı”, - o qeyd edib.
Azərbaycan yeni müharibə istəmir. Bölgədə dayanıqlı sülhün, sabitliyin və sıx əməkdaşlığın marağındadır. Bu məqsədlə də Azərbaycan özü ilk olaraq sülh təşəbbüsü ilə çıxış edərək bu prosesi çətinliklə də olsa irəliyə aparmaqdadır. Ancaq İrəvan havadarlarının təzyiqi ilə sülhdən yenə də boyun qaçırmaqdadır. Ermənistan tərəfi anlamalıdır ki, sülhdən yayınmaqla onlar itkidən, növbəti faciədən, acıdan, məğlubiyyətdən başqa heç nə qazanmayacaq. Çünki Azərbaycan istənilən senariyə hazır vəziyyətdədir. İstənilən cəhd indiyədək olduğu kimi bundan sonra da uğursuzluğa düçar olacaq.
Ən azından Ermənistan tərəfi və ermənilər son 4 ildəki yaşanan tarixdən dərs çıxarıb Azərbaycanın sülh təklifini qəbul etsələr daha yaxşı olar. Ermənilərin və Ermənistanın yeganə nicatı Azərbaycanın verdiyi təkliflərə uyğun şəkildə sülh sazişini imzalamasıdır”.