Əfsanəvi braziliyalı hücumçu Ronaldo Nazarionun ilin ən yaxşı gənc futbolçusuna verilən "Kopa Trophy" nominasiyasında kimlərə səs verdiyi məlum olub.
Publika.az xəbər verir ki, o, "Mançester Siti"də çıxış edən 20 yaşlı həmyerlisi Savinyonu birinci yerə layiq görüb.
Əfsanəvi forvardın sonrakı seçimləri müvafiq olaraq, "Barselona"nın vingeri Lamin Yamal və "Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər olub.
Qeyd edək ki, nüfuzlu mükafatın qalibi Yamal olub.