AZ

Livandan UNESCO-ya kritik çağırış

Livan parlamenti İsrailin təcavüzünün tarixi abidələrə vurduğu potensial zərərlə əlaqədar UNESCO-ya müraciət edib.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bununla bağlı Livan parlamentinin üzvləri Nejat Avn Saliba və Məlhəm Halefin UNESCO-nun baş direktoru Audrey Azulaya məktub yazıb.

Məktuba əsasən, Livan parlamenti BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO-nu ölkədəki bir çox tarixi abidələri İsrailin hücumlarından qorumaq üçün hərəkətə keçməyə çağırıb.

Məktubda İsrailin Livana hücumu nəticəsində ölkənin şərqindəki Baalbek, cənubundakı Sur və Sidon şəhərlərindəki arxeoloji və digər abidələrin böyük təhlükə altında olduğu və təcili tədbir görüldüyü vurğulanıb. 

Qeyd edək ki, İsrailin ən çox hücumuna məruz qalan şəhərləri arasında olan Baalbek və Sur tarixi əsərlər və arxeoloji obyektləri ilə UNESCO-nun Dünya İrs siyahısındadır.

Gülşən Şərif

Seçilən
25
bakivaxti.az

1Mənbələr