Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində alınan elektrik mühərrikli avtobuslara sürət limiti qoyulub.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O qeyd edib ki, təhlükəsizlik məqsədilə yeni avtobuslarda maksimum sürət limiti 50 km/saat təyin olunub.
"Bu avtobuslar COP29 tədbiri çərçivəsində yalnız tədbir iştirakçılarını müəyyən olunan məntəqələrdən tədbirə və geri daşıyacaqlar. Tədbirdən sonra isə bu avtobuslar ictimai nəqliyyatda istifadə üçün müntəzəm xətlərə buraxılacaq", - deyə T.Orucov vurğulayıb.