AZ

Zurabişvili bu əraziləri "tarixi Gürcüstan" adlandırdı: ermənilər ayağa qalxdı

Ermənistan Xarici İşlər Nazirliyi "Sputnik Ermənistan"-ın sorğusuna cavab olaraq Gürcüstan prezidenti Salome Zurabişvilinin şəxsi hesabında dərc olunan qalmaqallı "repost"u şərh edib.

Publika.az xəbər verir ki, Zurabişvili bu yaxınlarda şəxsi sosial media hesabında gürcü turoperatorlarından birinin məqaləsini paylaşıb və orada Ermənistanın şimalındakı bəzi ərazilər, xüsusən Lori bölgəsi “tarixi Gürcüstan” adlandırılıb.

“Səyahət agentliyinin müvafiq girişi silinib”, - Ermənistan Xarici İşlər Nazirliyi bu cavabla kifayətlənib.

Bundan əvvəl “repost”u Gürcüstanın Ermənistandakı səfiri Giorgi Şarvaşidze tənqid edib. Onun sözlərinə görə, "ölkələr arasında nümunəvi əməkdaşlığa, gürcü və erməni xalqlarının çoxəsrlik dostluğuna kölgə salmaq cəhdi qəbuledilməzdir".

Seçilən
39
publika.az

1Mənbələr