AZ

Bakıda itkinlərlə bağlı keçirilən beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü il tarixlərində Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Bu barədə komissiyadan Publika.az-a məlumat verilib.

Bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları Müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər:

Seçilən
4
47
publika.az

10Mənbələr