AZ

De Zerbi istefa verəcək - Özü açıqladı

“Olimpik Marsel”in baş məşqçisi Roberto De Zerbi “Velodrom”da “Oser”ə 1:3 hesablı məğlubiyyətdən sonra açıqlamasında istefası barədə danışıb. 

Fanat.Az xəbər verir ki, Fransa klubunun azarkeşlərinin təzyiqi ilə üzləşən mütəxəssisin mətbuat konfransında dediklərini "Goal" belə çatdırıb: 

“Problem mənəmsə, getməyə hazıram. Puldan imtina edib müqaviləmi dayandıraram. "Velodrom"da oynamaq imtiyazdır. Futbol fəlsəfəmi futbolçulara çatdırmaq istəyirəm. Amma onları məşqdə və səfər matçlarında nümayiş etdirdikləri oyun səviyyəsini evdə də göstərməyə məcbur edə bilmirəm. Doğma meydanda növbəti məğlubiyyətdən sonra istefa verə bilərəm". 

Qeyd edək ki, Liqa 1-in turnir cədvəlində ikinci yerdə olmasına baxmayaraq, "Olimpik Marsel" bu mövsüm evdə keçirdiyi 5 matçdan yalnız birində qalib gəlib. Sözügedən komanda son iki oyunda üç qol buraxıblar. 

Marsellilərin növbəti oyunu noyabrın 23-də "Lens"ə qarşı olacaq.

Seçilən
10
fanat.az

1Mənbələr