Şəkidə iki nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün rayonun Cəfərabad kənd sakini 58 yaşlı Şahin Allahverdiyev və Baş Göynük kənd sakini 12 yaşlı A.Nəsibova it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Onlara tibbi yardım göstərilib, vaksin vurulub və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.