AZ

"Kişilər futbola rahat baxmaq üçün mənimlə sevgili olmaq istəyir" - Foto

Londonda yaşayan sosial şəbəkə fenomeni Noemi Oberhauzer açıqlaması ilə diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, fenomen kişilərin futbola rahat baxa bilmək üçün onunla sevgili olduğunu deyib.
Buna səbəb isə Oberhauzerin mənzilinin Brentford stadionuna baxmasıdır.

Gənc qız bildirib ki, evi onun sevgi həyatına əhəmiyyətli dərəcədə təsir edib.

Oberhauzer mənzil üçün ayda təxminən 1200 funt sterlinq ödəyir. Bu rəqəm adi Brentford azarkeşinin mövsümi matçlarını izləmək üçün bilet üçün ödədiyi məbləğdən çox görünsə də, inanılmaz baxış bucağı yaradır.

Ev belə demək mümkünsə, rahat loja kimi xidmət edir. Bu da fenomenə marağın artmasına səbəb olub.

Noemi tez-tez sosial şəbəkədə Brentford matçlarına baxarkən çəkilmiş videoları yayımlayır. Bu paylaşımlardan biri 54 min dəfə izlənilib. Oberhauzer bildirib ki, evinin yerləşdiyi yerə görə mənzərədən zövq almaq istəyən kişilər onunla görüşmək istəyirlər.
Fenomen hətta bəzilərinin ona evlilik təklif etdiyini də söyləyib.

Əvvələr futbolla maraqlanmadığını deyən gənc qız bildirib ki, artıq Brentfordun böyük azarkeşidir.

Billurə

Seçilən
97
50
olke.az

10Mənbələr